Casusluqda ittiham olunan hərbçi ölü tapıldı

22 May 2024 12:20

İngiltərədə Honq-Konq casusu olmaqda ittiham edilən keçmiş donanma üzvü meyiti tapılıb. 

Milli.Az unikal-a istinadən xəbər verir ki, Honq-Konq kəşfiyyat xidmətinin agenti olmaqda günahlandırılan Britaniya Kral Donanmasının keçmiş üzvü və Daxili İşlər Nazirliyinin immiqrasiya idarəsinin əməkdaşı Metyu Triket parkda ölü tapılıb.

37 yaşlı Metyu Triket paytaxt Londonun qərbində yerləşən Maidenhead qəsəbəsində yaşayırmış. Onun ölümü ilə bağlı cinayət işi açılıb,  araşdırmalar aparılır. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun