Azərbaycanda arvad ərini bıçaqladı

22 May 2024 11:01

Ucarda arvad ərini bıçaqlayıb.

Milli.Az unikal.az-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Qaradağlı kəndində baş verib.

1997-ci il təvəllüdlü rayon sakini Elməddin Ağahüseyn oğlu İbrahimov bıçaqlanaraq yaralı vəziyyətdə xəstəxanaya çatdırıllb.

Əldə edilən ilkin məlumata görə, hadisə mübahisə zəmnində bıçaqlanan şəxsin həyat yoldaşı tərəfindən törədilib.

Faktla bağlı araşdırma başlanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun