Demet Evqar serialda gəlinliyini geyindi - FOTOlar

22 May 2024 17:51

Ötən gün yayımlanan "Bahar" serialının növbəti bölümündə baş rol ifaçısı Demet Evqarın əynindəki libas diqqət çəkib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ekran işində "Cülyetta" obrazı üçün aktrisanın əynində real həyatda toyunda geyindiyi gəlinlik olub.

Bu, izləyicilərin gözündən qaçmayıb və maraq oyadıb.

Xatırladaq ki, Evqar 2022-ci ildə 6 aylıq hamilə olarkən həyat yoldaşı Levent Babataşla ailə qurub. Cütlüyün 1 qızı var.

Qeyd edək ki, Demet serialda "Bahar" obrazına həyat verir. Layihədə eyni zamanda Mehmet Yılmaz Ak və Buğra Gülsoy da çəkilir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun