Safurədən oğlu ilə bağlı paylaşım - FOTOlar

22 May 2024 18:02

"Avroviziya" təmsilçilərimizdən olan Safurə Əliyeva sosial media hesabında oğlu Natiqlə bağlı paylaşım edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı oğlunun ad günü olduğunu bildirib.

O, övladı ilə fotolarını yayımlayaraq "Mənim hər şeyim, ad günün mübarək" sözlərini yazıb.

Qeyd edək ki, Safurə mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəlidir. Fərhad və Safurə İstanbulda yaşayır. Cütlüyün Aişə və İsgəndər adlı daha iki övladı var.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun