Şahbaz Şərif Rəisi ilə vidalaşmaq üçün İrana səfər edəcək

22 May 2024 09:46

Pakistanın Baş naziri Şahbaz Şərif İran xalqına başsağlığı vermək və təyyarə qəzasında həlak olan prezident İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir-Abdullahian və digər rəsmilər ilə rəsmi vida mərasimində iştirak etmək üçün İrana səfər edəcək.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.

Şərif mayın 22-də İrana gedəcək. O həmçinin İranın ruhani lideri Ayətullah Əli Xamenei və prezident səlahiyyətlərini icra edən Məhəmməd Möhbərlə görüşlər keçirəcək.

Qeyd edək ki, ötən gün İbrahim Rəisinin dəfn mərasiminin mayın 23-də doğulduğu Məşhəd şəhərində keçiriləcəyi açıqlanmışdı.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun