Rusiyalı deputatdan Qarabağ sərsəmləməsi

24 May 2010 13:58
Milli.Az xəbər portalının məlumatına görə, "Novosti-Armeniya" agentliyinə müsahibəsində Dağlıq Qarabağ münaqişəsi haqda danışan deputat sərsəm fikirlər səsləndirib. Dağlıq Qarabağ separatçılarının keçirdikləri "parlament seçkisi"ni izləmiş Zatulin "seçki" haqda "yüksək fikirlər"ini dilə gətirib.

Dağlıq Qarabağ münaqişəsi haqda danışan Zatulin bildirib ki, o, Dağlıq Qarabağa "müstəqillik verilməsinin vacibliyinə əmindir": "Dağlıq Qarabağın müstəqilliyini əlindən almaq mümkün olmayacaq. Onu tanımaq lazımdır".

Milli.Az