Venesiya Komissiyasına Tiflisdən sərt cavab

22 May 2024 00:12

Venesiya Komissiyasının "Xarici agentlər haqqında" qanunla bağlı rəyinin heç bir hüquqi əsası yoxdur.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu gürcüstanlı deputat Salome Kurasbediani deyib.

"Nəticədə Venesiya Komissiyası QHT-lərin və medianın şəffaflığının pis və qeyri-demokratik olduğunu yazmağa məcbur oldu. Bu, təbii ki, bu təşkilata və onun qorumalı olduğu dəyərlərə inamı sarsıdır", - o vurğulayıb.

Qeyd edək ki, Venesiya Komissiyası rəsmi Tiflisə qanunu ləğv etməyi qətiyyətlə məsləhət görüb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun