Qriqoryan MKİ direktorunun müavini ilə görüşdü

21 May 2024 22:37

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi direktorunun müavini Devid Koenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, görüşdə Ermənistan-ABŞ ikitərəfli əməkdaşlığı, eləcə də regional təhlükəsizliklə bağlı məsələlər müzakirə olunub.

Qeyd edək ki, görüş ötən gün baş tutub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun