Baş nazirin son vəziyyəti açıqlandı

21 May 2024 16:34

"Mayın 15-də sui-qəsd cəhdinə məruz qalan Slovakiyanın Baş naziri Robert Fitsonun huşu özündədir və ətrafındakılarla ünsiyyət qurur".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə hökumət başçısının yerləşdiyi Ruzvelt adına xəstəxananın "Facebook" sosial şəbəkə hesabındakı paylaşımda bildirilib.

"Səhər baş tutan tibbi konsilium zamanı baş nazir qarın boşluğunun kompüter tomoqrafiyasından keçib. Eyni zamanda onun səhhətinin yaxşılaşdırılması üçün digər tədbirlər həyata keçirilir. Pasiyentin huşu özündədir və (ətrafındakılarla) ünsiyyət qurur", - deyə mətndə qeyd olunub.

Xatırladaq ki, Slovakiyanın baş nazirinə sui-qəsd cəhdi mayın 15-də baş verib. Siyasətçi Nazirlər Kabinetinin səyyar iclasından sonra küçədə tərəfdarları ilə söhbət edib. 71 yaşlı Yuray Tsintula tapançadan Fitsoya beş dəfə atəş açıb və saxlanılıb.

Baş nazir sinə, ayaq və mədəsindən yaralanıb. O, helikopterlə Banska-Bistritsadakı xəstəxanaya aparılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun