Paşinyan ABŞ kəşfiyyatının direktor müavinini qəbul edib

21 May 2024 15:57

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktorunun müavini Devid Koeni qəbul edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Paşinyan özünün "Telegram" kanalında yazıb.

Görüşdə ABŞ MKİ ilə Ermənistanın müvafiq strukturları arasında əməkdaşlıq müzakirə olunub. Bundan başqa, Ermənistan-ABŞ həm ikitərəfli, həm də beynəlxalq gündəliyə aid məsələlər müzakirə edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun