Londondan Sinqapura uçan təyyarədə QORXULU ANLAR - Ölən və yaralılar var

21 May 2024 15:21

Sinqapur Hava Yollarına məxsus təyyarə güclü hava boşluğuna (türbülans) düşüb, ölən və xəsarət alanlar var.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə nəticəsində Londondan Sinqapura uçan təyyarədə bir sərnişin ölüb, 30-dan çox sərnişin yaralanıb.

Bildirilib ki, Sinqapura uçan Boeing 777-300ER Banqkoka yönləndirilib və yerli saatla 15:45-də eniş edib.

Aviaşirkətdən verilən məlumata görə, təyyarədə ümumilikdə 211 sərnişin və 18 ekipaj üzvü olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun