Filarmoniyada 28 May Müstəqillik gününə həsr olunmuş konsert keçiriləcək

21 May 2024 08:59

22 may tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının
səhnəsində 28 May Müstəqillik gününə həsr olunmuş konsert keçiriləcək.

Bədii rəhbər və baş dirijor, Azərbaycan Respublikasının Əməkdar artisti Əyyub Quliyevin rəhbərliyi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri və Xoru (xormeyster Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi Sevil Hacıyeva) və solistlər - Azərbaycan Respublikasının Əməkdar artistləri Əliəhməd İbrahimov (tenor), Anton Ferştandt (bariton), Respublika və beynəlxalq müsabiqələr laureatları Fatimə Cəfərzadə (soprano), Elmina Həsənovanın (mezzo-soprano) ifasında L.v.Beethovenin 9 nömrəli Simfoniyası (d-moll, op.125) (ilk ifanın 200 illiyi münasibəti ilə) səslənəcək.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az