Üç rayonda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar - FOTOlar

21 May 2024 08:35

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə təsərrüfatlardan oğurluq etməkdə şübhəli bilinən Nahid Quliyev və Vüsal Şıxəliyev saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Milli.Az-a verilən məlumata görə, araşdırmalar zamanı onların 6 təsərrüfatdan 37 baş iri və xırdabuynuzlu heyvan oğurladıqları müəyyən edilib.

Bundan əlavə, onların Kürdəmir və Hacıqabul rayonları ərazisində də analoji faktlar törətdikləri məlum olub.

Şöbə əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat zamanı isə rayonun Yastıqobu kənd sakini Habil Abuşov və oğlu Ramin saxlanılıblar. Onların yaşadığı evdən 27 ədəd xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən çətənə kolu götürülüb.

Saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun