Xocəsəndə yol qəzasında 25 yaşlı gənc yaralanıb

21 May 2024 08:25

Bakının Binəqədi rayonunda 25 yaşlı gənc yol qəzasında xəsarət alıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, hadisə Xocəsən qəsəbəsində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1999-cu il təvəllüdlü İsgəndərov Coşqun Saməddin oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır .

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun