Arnold və Denni 36 il sonra eyni filmdə

21 May 2024 08:30

"Əkizlər" komediya filminin ulduzları Arnold Şvartsenegger və Denni DeVito illər sonra yenidən eyni layihədə rol alacaqlar.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, bu barədə 79 yaşlı Denni müsahibəsində deyib:

"Biz həqiqətən yenidən birlikdə işləmək istəyirik və bunu uzun müddətdir müzakirə edirik. Hazırda ssenari üzərində iş gedir".

Aktyor yeni ekran işinin adını açıqlamasa da, onu "Warner Brothers" şirkətinin lentə alacağını bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun