Qaradağda ağır yol qəzasında iki nəfər yaralanıb

21 May 2024 08:06

Bakının Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, hadisə Səngəçal qəsəbəsində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində sərnişinlər 1960-cı il təvəllüdlü Hüseynova Xuraman Sufarağa qızı və 1996-cı il təvəllüdlü Heydərov Seymur Teymur oğlu xəsarət alıb.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun