Bakıda iki avtomobil toqquşdu: xəsarət alan var

21 May 2024 07:43

Bakının Suraxanı rayonunda 29 yaşlı gənc qız yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1995-ci il təvəllüdlü Cəfərova Xədicə Bayram qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun