Müğənni Natavan Həbibi "Qonaqcanlı" verilişində illər əvvəl qalmaqal yaşadığı xalq artisti Aygün Kazımova ilə münasibətindən danışıb.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, müğənni aparıcının "Natavan Həbibi ilə Aygün Kazımova arasında soyuq küləklər səngidi" sualına "Yəqin ki...Bu müddət ərzində söz-söhbət unudulmayıbsa, bilmirəm. Aygün Kazımova ilə bir-iki dəfə görüşmüşük. Çoxdandır ki, heç kimlə görüşmürəm. Aygün Kazımova ilə də çoxdandır ki, görməmişəm. Yaşanan söz-söhbətlər mənim üçün unudulub. Mənə də qəribə gəlir ki, niyə yaşanıb. Çox dərinliyə getmişdilər. Mənə keçmişdəki söz-söhbətlər maraqlı deyil. Münasibət səmimi, dürüst olmalıdır. Oyunlar bitməlidir. Oyunlar bitməyibsə, mən də bitirmərəm",-deyə cavab verib.
Qeyd edək ki, illər əvvəl "Nömrə 1" yarışmasında Natavan Həbibinin Aygün Kazımovaya gəlməsi onların münasibətlərini pisləşdirmişdi. İki məşhur arasında qalmaqal yaşanmışdı.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun