İbrahim Rəisinin meyiti bu üzükdən tanınıb - VİDEO

21 May 2024 00:27

Helikopter qəzasında həlak olan İbrahim Rəisinin meyiti barmağındakı üzükdən tanınıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bununla bağlı İSNA üzüyün qəza yerində tapıldığı anın görüntülərini yayıb.

Sözügedən üzüyü vaxtilə İranın ali dini lideri Ayətullah Əli Xamenei İbrahim Rəisiyə hədiyə verib.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun