"Gəncləşən muğam" layihəsi Gəncədə - FOTOlar

20 May 2024 23:35

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında "Gəncləşən muğam" layihəsinin növbəti konserti təqdim edilib. 

Konsertdə layihənin rəhbərləri, Xalq artistləri Mənsum İbrahimov, Elçin Həşimov, Əməkdar artistlər Elnur Əhmədov və Təyyar Bayramov, gənc xanəndələr Elsevər Muradov, Ülviyyə Sədaqət,  Pərvaz İbrahimli, Fatimə Hüseynova, Elgiz Əliyev, Ayşən Mediyeva, Valid Abdullayev, Sədəf Budaqova, Xəyal Hüseynov, Xəyalə Qafarzadə, Günay İmamverdiyeva, Nurlan Namazov, Mirəli Sarızadə, Ülkər Abdullayevanın "Mənim Azərbaycanım", "Şuşanın dağları", "Küçələrə su səpmişəm", "Qal sənə qurban", "Axtararsınız", "Sarı Bülbül", "Xudayar təsnifi", "Qarabağ", "Yaşa mənim xalqım" səsləndirilib. 

Konsertdə dövlət və hökumət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, şəhər ictimaiyyəti iştirak ediblər.

Layihə çərçivəsində keçirilən konsert gəncəlilər tərəfindən böyük rəğbətlə qarşılanıb.
 

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az