Nazir dünya çempionu olan idmançımızı belə təbrik etdi

20 May 2024 23:10

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev cüdoçumuz Hidayət Heydərovu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatının qalibi olması münasibətilə təbrik edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev X sosial şəbəkəsindəki hesabında yazıb.

"Əbu-Dabi şəhərində keçirilən cüdo üzrə dünya çempionatında Hidayət Heydərov 11 ildən sonra ölkəmizə yenidən qızıl medal qazandırıb. İdmançımızı bu əlamətdar nailiyyət münasibətilə təbrik edirəm!", - nazir qeyd edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun