Azərbaycan Bəstəkarlar İttifaqının 90 illiyinə həsr olunmuş Plenum keçirilib - FOTOlar

20 May 2024 22:38

Azərbaycan Bəstəkarlar İttifaqının 90 illiyinə həsr olunmuş Plenum keçirilib.

Öncəliklə sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Jalə Qulamova Bəstəkarlar İttifaqının tarixi və çoxşaxəli fəaliyyəti haqda tamaşaçılara geniş məlumat verib.

Daha sonra bədii rəhbər və baş dirijor, Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Tural Məmmədli  "Şuşa fəthi" simfonik poeması, Vüqar Məmmədzadə "İnsan" simfonik poeması, Elvin Quliyev "Qayıdış" simfonik poeması, İlahə Qismət-Abdulla  "Zəfər yolu", Eldar Babayev "Gələcəyi düşünərkən" simfonik poeması və Fərid Fətullayevin "Dəstgah" əsərləri səslənib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az