Paşinyan: Vətəndaşlarımız övladlarının hərbi xidmətdən yayınması üçün ölkəni tərk edib

20 May 2024 19:56

Ermənistanın bir çox sakini övladlarının hərbi xidmətdən yayınması üçün mühacirət ediblər.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan demoqrafik strategiyanın müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, Ermənistandakı mövcud demoqrafik vəziyyəti və demoqrafik strategiyanı müzakirə edərkən bir sıra aşkar amillər, xüsusən də neçə nəfərin övladının hərbi xidmətdən yayınması üçün Ermənistan Respublikasından mühacirət etməsi nəzərə alınmır.

Paşinyan hesab edir ki, bu insanların böyük potensialı olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun