Külli miqdarda aksiz markasız siqaret aşkarlandı - FOTO

20 May 2024 18:23

Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış külli miqdarda tütün məmulatlarının qanunsuz idxalı, satış məqsədilə saxlanılması və satışının həyata keçirilməsi barədə daxil olmuş məlumat əsasında Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi və Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakininə məxsus yaşayış evindən və qeyri-yaşayış sahəsindən, ümumilikdə 258640 ədəd müxtəlif növ ("Marlboro", "Parlament", "Terea", "Heets", "Camel", "Captain Black" və s.) aksiz markası ilə markalanmamış tütün məmulatları aşkar edilərək götürülüb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Milli.Az-a verilən məlumata görə, hazırda aşkar olunan faktla əlaqədar Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun