Azərbaycanda bir nəfərə məxsus 4 şirkət bağlandı

20 May 2024 15:49

Azərbaycanda bir nəfərə məxsus dörd şirkət bağlanıb.

Milli.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bunlar "ATTAS PR" Firması, "ATTAS" MMC, "ALYANS-3A" MMC və "ATTAS KONSALTİNQ" MMC-dir.

Onların ilk üçü Nəsimi rayonu, Azadlıq prospekti, ev 84, mənzil 40 ünvanında, sonuncu isə Yasamal rayonu, Haqverdiyev küçəsi, ev 21, mənzil 33 ünvanında yerləşir.

Kreditorlar iki ay ərzində tələblərini qeyd olunan ünvanlara bildirə bilərlər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun