"Çudo Peçka"nın dövlətə 157 min manat vergi borcu var

20 May 2024 15:16

"Çudo Peçka" MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (DVX) 156 955.85 manat borcu var.

Milli.Az bu barədə DVX-nin rəsmi internet saytına istinadən xəbər verir.

Qeyd edək ki, "Çudo Peçka" MMC Çingiz Cəlilov tərəfindən yaradılıb, 18 yanvar 2002-ci il tarixində dövlət qeydiyyatına alınıb. 2017-ci ilin mart ayında şirkətə məxsus "Çudo Peçka" mağazalar şəbəkəsi fəaliyyətini tamamilə dayandırıb. Şirkətin hazırkı qanuni təmsilçisi Fuad Məmmədov, nizamnamə kapitalı isə 10 manatdır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun