Gimnastlarımız Dünya kubokunun qalibi oldu - FOTO

20 May 2024 14:07

Akrobatika gimnastikası üzrə Dünya kuboku keçirilib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Azərbaycan millisinin idmançıları yarışda qızıl və gümüş medal sahibi olublar.

Daniel Abbasov və Murad Rəfiyev dueti kişi cütlərin yarışında çempionluq sevinci yaşayıb. Ağasif Rəhimovla Raziyə Seyidli isə qarışıq cütlərin mübarizəsində ikinci yeri tutublar.

Qeyd edək ki, turnir Portuqaliyanın Maya şəhərində keçirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun