23 yaşlı model gözəllik yarışmasının tarixinə düşdü - FOTOlar

21 May 2024 02:02

Milla Magi adlı qız İngiltərə gözəllik yarışmasının tarixinə keçib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 23 yaşlı model "Miss İngiltərə" gözəllik yarışının qalibi olan ilk 38 bədən ölçülü xanımdır. O, yarışmada 39 digər iştirakçını geridə qoymağı bacarıb.

Milla tərəzidən istifadə etmədiyi üçün çəkisini bilmədiyini açıqlayıb. O, çəkinin hər şey olmadığını və buna görə özünüzü nəyəsə mecbur etməməli olduğunuzu deyib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun