Rəisinin dəfn tarixi və yeri açıqlandı

20 May 2024 12:20

Dünən helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisi və onunla birlikdə vəfat edən şəxslərin dəfn mərasimi mayın 21-də Təbrizdə keçiriləcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Mehr" agentliyi yayıb.

Xatırladaq ki, qəza zamanı İbrahim Rəisi ilə yanaşı İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan vilayətinin general-qubernatoru Malek Rəhməti və Təbrizin imamı Məhəmməd Əli Haşemi də həlak olub. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun