Zelenskinin səlahiyyət müddəti başa çatır: Yeni prezident seçiləcək?

20 May 2024 12:28

Ukrayna Prezidenti Volodimir Zelenskinin səlahiyyət müddəti mayın 20-də başa çatır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu tarixdən sonra o, artıq Ukraynanın legitim prezidenti hesab olunmayacaq.

V.Zelenski 2019-cu il mayın 20-də vəzifəsinin icrasına başlayıb. Müvafiq olaraq bu gün Ukraynada yeni ölkə liderinin andiçmə mərasimi keçirilməli idi, lakin ölkədə prezident seçkisi elan edilməyib. Hakimiyyət bu qərarı ölkədəki hərbi vəziyyətlə izah edib.

Xatırladaq ki, 2023-cü ilin noyabrında Ukrayna Ali Radasının deputatları müharibə dövründə seçkilərin keçirilməsinin yolverilməzliyi haqqında bəyannamə imzalayıblar. Bildirilib ki, sənəd ölkəni və milləti parçalamamaq məqsədilə qəbul edilib.

Ukraynada prezident seçkisi martın 31-də keçirilməli idi. Lakin Volodimir Zelenski seçki kampaniyasını ləğv edib və bunu indi seçkilər üçün uyğun vaxt olmadığı ilə izah edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun