Volkan Demirel 14 illik xanımından boşanır

20 May 2024 13:27

"Hatayspor" klubunun baş məşqçisi Volkan Demirellə həyat yoldaşı Zeynəb Demirel boşanır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Zeynəb artıq boşanmaq üçün məhkəməyə müraciət edib. 

Tərəflər iddia ilə bağlı hələlik açıqlama verməyib.

Qeyd edək ki, Volkan və Zeynəb 2010-cu ildə ailə qurub. İkilinin Yade və Yeda adlı iki övladı var.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun