"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 38-ci turunun "Vest Hem Yunayted"lə oyunundan (3:1) sonra Yurgen Kloppun "Liverpul"dan ayrılmasına toxunub.
Milli.Az "Unikal"a istinadən xəbər verir ki, mütəxəssis bu barədə danışarkən göz yaşlarına boğulub.
"Onun üçün çox darıxacağam... Yurgen Klopp həyatımın həqiqətən vacib hissəsi idi. O, məni məşqçi kimi növbəti mərhələyə apardı. Bir-birimizə inanılmaz hörmətimiz var...Onun qayıdacağını hiss edirəm".
Xatırladaq ki, daha əvvəl Arne Slotun Yurgen Kloppu əvəzləyəcəyi məlum olmuşdu.
Qeyd edək ki, "Mançester Siti" ötən gün İngiltərə Premyer Liqasının çempionu olub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun