Azərbaycanın birinci xanımı Mehriban Əliyeva BMT baş katibinin müavini Aşa Rouz Mugiro ilə görüşüb

24 May 2010 13:38
Görüşdə Bakıda keçirilən Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərinin VII konfransının əhəmiyyətindən danışılıb. Bildirilib ki, bu beynəlxalq tədbir dünyada gender bərabərliyinin təmin olunması ilə bağlı həyata keçirilən layihələrə dəstək verəcək.

Mehriban xanım Əliyeva BMT ilə Azərbaycan arasında yüksək münasibətlərin olduğunu bildirərək deyib ki, hazırda Heydər Əliyev Fondu BMT-nin bir çox strukturları ilə əməkdaşlıq əlaqələri həyata keçirir. Azərbaycanın birinci xanımı bu əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib.

BMT baş katibinin müavini xanım Aşa Rouz Mugiro da ölkəmizdə olmaqdan məmnunluğunu bildirib və konfransın keçirilməsinə verdiyi dəstəyə görə Azərbaycanın birinci xanımına təşəkkür edib.

/AzərTAc/