Rəisinin uçduğu helikopterin növü açıqlandı

20 May 2024 09:38

İran Prezidenti İbrahim Rəisinin içərisində qəzaya uğrayaraq həlak olduğu helikopterin növü məlum olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Tasnim" agentliyi yayıb.

Bildirilir ki, İran liderinin helikopteri Amerika istehsalı "Bell 212" tipli nəqliyyat vasitəsi olub. 

Sözügedən helikopter 14 nəfərə qədər sərnişin daşıya bilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun