Moskvada inzibati bina yanır: 1200 kv.m sahə…

20 May 2024 00:45

Moskvanın şərqində Sokolinaya Qora rayon administrasiyasının yerləşdiyi binada yanğın baş verib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, Şerbakovskaya küçəsindəki 5A binasında yanğın sahəsi 1,2 min kvadratmetrə çatıb.

Açıq mənbələrə görə, binada hökumət binası ilə yanaşı, bar və mağazalar da var.

Yanğınsöndürmə briqadaları yanğının qarşısını almağa çalışır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun