Avropa Media Kuboku: Azərbaycan millisi finala yüksəlib

19 May 2024 21:05

Azərbaycanın jurnalistlərdən ibarət minifutbol komandası Avropa Media Kubokunda finala yüksəlib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, təmsilçilərimiz əvvəlcə yer aldıqları B qrupunu birinci pillədə başa vurublar.

Yığmamız daha sonra yarımfinalda Gürcüstan komandası ilə qarşılaşıb və qələbə (4:2) qazanıb.

Azərbaycanın finaldakı rəqibi Rumıniya yığması olacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun