Rəisi bu gün İrəvana gedəcəkmiş, son anda…

19 May 2024 20:52

İran Prezidenti İbrahim Rəisi bazar günü Ermənistana səfər etməyi planlaşdırsa da, səfər son anda təxirə salınıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə TASS-a mənbə məlumat verib.

"O cümlədən, bazar günü Rəisinin Ermənistan ərazisində nəqliyyat dəhlizlərinin açılışında iştirak edəcəyi gözlənilirdi", - mənbə bildirib.

Qeyd edək ki, Prezident İbrahim Rəisinin helikopteri qəzaya uğrayıb. Xilasedicilər hələ də qəza yerini tapmayıblar.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun