Dünyanın ən yaşlı monarxı xəstələnib

19 May 2024 19:31

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl Səud qızdırma və oynaq ağrıları səbəbindən tibbi müayinədən keçəcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə monarxın ofisinə istinadən məlumat yayılıb.

Məlumata görə, prosedurlar Ciddədəki sarayda ixtisaslaşmış klinikada aparılacaq.

Qeyd edək ki, 2022-ci ilin sentyabrında Böyük Britaniyanın 96 yaşlı kraliçası II Elizabetin vəfatı ilə Salman bin Əbdüləziz dünyanın ən yaşlı monarxı oldu. Dekabrda onun 89 yaşı tamam olacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun