Bitlisdə avtobus dərəyə düşdü - yaralananlar var

19 May 2024 15:50

Türkiyənin Bitlis şəhərində avtobusun dərəyə düşməsi nəticəsində yeddi nəfər yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Anadolu" bildirib.

Məlumata görə, qəzada yaralanan yeddi nəfərdən biri sürücüdür. Ümumilikdə nəqliyyat vasitəsində 20 nəfər olub.

Yaralıların vəziyyətinin yaxşı olduğu açıqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun