Sumqayıtda mənzildən kişi meyiti tapıldı

19 May 2024 14:54

Sumqayıtda mənzildən 52 yaşlı kişinin meyiti tapılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə 18-ci məhəllədə qeydə alınıb.

Tək yaşayan 1972-ci il təvəllüdlü Hikmət Nəsrulla oğlu Məmmədovun meyiti bu gün yaxınları tərəfindən aşkar edilib. Onun bir neçə gün öncə öldüyü ehtimal edilir.

Meyit aidiyyatı üzrə təhvil verilib, fakt araşdırılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun