Səudiyyə kralı xəstəxanaya yerləşdirildi

19 May 2024 14:37

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əs-Səud yüksək hərarət və oynaq ağrıları səbəbilə Ciddədəki xəstəxanada tibbi müayinədən keçib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Səudiyyə Ərəbistanının SPA agentliyi məlumat yayıb.

"İki Müqəddəs Ocağın xadimi Kral Salman bin Əbdüləziz əs-Səudun bazar günü tibbi müayinədən keçməsinə qərar verilib. Yüksək hərarət və oynaq ağrılarından əziyyət çəkən kral mayın 19-da Ciddə Kral Əs-Salam Sarayı Xəstəxanasına yerləşdirilib. Müalicə aparan həkim qrupu onun səhhətini yoxlamaq və narahatlığa səbəb olmadığına əmin olmaq üçün bir sıra müayinələr keçirməyi qərara alıb", - məlumatda qeyd olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun