Derbi öncəsi şok itki - Çempionluq əldən getdi?

19 May 2024 11:15

Türkiyə Super Liqasının 37-ci həftəsində "Fənərbaxça" lider "Qalatasaray"ın qonağı olacaq.

Milli.Az Offsideplus.az-a istinadən bildirir ki, "sarı-lacıvert"lilərin heyətində derbisi öncəsi Cengiz Ünder zədələnib.

"Qalatasaray"la qarşılaşması gözlənilən təcrübəli futbolçu bu gün meydana çıxa bilməyəcək.

Cengiz Ünder bu mövsüm 33 matçda 9 qol vurub, 3 məhsuldar ötürmə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun