Yəmənin "Ənsar Allah" hərəkatından olan husilər Qırmızı dənizdə Çinə üzən tankerə hücum edib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Məlumatına görə, zərbə nəticəsində gəminin bəzi hissələrinə su dolub, tanker hərəkətini dayandırıb.
Bildirilib ki, tanker Qırmızı dənizdə Panama bayrağı altında hərəkət edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun