İran təsdiqlədi: Omanda ABŞ-la danışıqlar aparılır

19 May 2024 07:59

İran Omanda ABŞ nümayəndələri ilə dolayı danışıqlar aparır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani məlumat verib.

O bildirib ki, danışıqlar davam edəcək.

Qeyd edək ki, daha öncə "Axios" nəşri ABŞ və İranın bu həftə Omanda Yaxın Şərqdə gərginliyin qarşısını almaq üçün danışıqlar apardığı haqda məlumat yaymışdı.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun