Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür: Ailəsi DANIŞDI

18 May 2024 23:13

Milli.Az Baku TV-yə istinadən xəbər verir ki, Lənkəranda öldürülən 22 yaşlı Könül Ağayevanın ailəsi qətlin səbəbləri barədə danışıb.

Tələbə qızın anası Rəqsanə Ağayeva bildirib ki, qızını oğlan kimi böyüdüb:

"Uşağım 100 manatın qurbanı olub. Onu qətlə yetirən oğlanla söhbətim zamanı pul üstündə mübahisə etdiyini dedi".

K.Ağayevanın nənəsi Gülzar Ağayeva isə qeyd edib ki, ailə problemləri olduğu üçün Könül Bakıya gedib:

"Bakıda yoldaşının yanında qalıb. Biz razı deyildik, çünki ayrılmışdılar. Daha sonra işə düzəlmək üçün Lənkərana gəldi".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun