Bu məşhur şirkət Rusiya bazarını tərk edir

18 May 2024 23:29

"Danone" şirkəti Rusiya bazarını tərk edir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb.

Məlumata görə, "Danone" aktivlərinin satışını başa çatdırıb və şirkətin qlobal satışlarının təxminən 5%-ni təşkil edən Rusiyadakı fəaliyyətini dayandırır.

Qeyd edək ki, şirkət Rusiyada 30 ildən artıqdır ki, fəaliyyət göstərir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun