Mirzoyan Kassislə görüşdə Bakı ilə danışıqlardan söz açdı

19 May 2024 00:29

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan isveçrəli həmkarı İqnasio Kassis ilə Avropa Şurasının nazirlər sessiyası çərçivəsində görüşüb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Mirzoyan həmkarını Azərbaycanla münasibətlərin normallaşdırılması prosesi, o cümlədən Almatı görüşü haqda məlumatlandırıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun