Ermənistanda növbəti atışma: 2 nəfər öldü, 1-i yaralandı

18 May 2024 22:15

Ermənistanın Aşağı Axta (Razdan) şəhərində mayın 18-də atışma baş verib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, hadisə yerində bir kişi meyiti, silah, qan izləri və avtomobil aşkar edilib. İki yaralı tibb məntəqəsinə çatdırılıb, onlardan biri xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanıb. Mənbənin sözlərinə görə, öldürülənlərdən biri kriminal avtoritetdir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun