Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO

18 May 2024 21:28

Latviya Parlamentinin sədri Daiga Mierinanın başçılıq etdiyi nümayəndə heyəti mayın 18-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hər iki dövlətin bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Latviya Parlamentinin sədri Daiga Mierinanı və nümayəndə heyətini Milli Məclisin Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov, Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov, Beynəlxalq Münasibətlər şöbəsinin müdiri İlkin Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun