Quba-Xaçmaz yolunu sel basıb - FOTOlar

18 May 2024 19:48

Quba Xaçmaz avtomobil yolunda sel suları avtomobillərin hərəkətinə çətinlik yaradıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qısamüddətli yağan leysan yağışları zamanı Bakı-Quba-Rusiya Federasiyası ilə sərhəddə olan ödənişli avtomobil yol qovşağı sel suları ilə dolub.

Nəticədə 30-40 sm hündürlüyündə gölməçə yaranıb.

Əraziya polis əməkdaşları cəlb olunub, aidiyyatı qurumlara məlumat verilib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun